Cümə axşamı, 18 Aprel

Qəzada ölən hərbçinin ailəsi sürücünü bağışladı

image

Xəbər verdiyimiz kimi, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov srağagün faciəli şəkildə həyatını itirib.

Xəbər verilir ki, mərhumun qohumlar hadisənin Ş.Namazovun evinin yaxınlığında baş verdiyini bildiriblər. Axşam saat 22:00 radələrində yolu keçməyə çalışan zabiti maşın vurub. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

“Şöhrətin bir oğlu, bir qızı var. Böyük uşağı 12, kiçiyi isə 10 yaşındadır. Yeni təqaüdə buraxılmışdı. Qardaşı mülki həkim idi, amma o da Şöhrət kimi döyüşə yollandı və qazi oldu”.

Qohumlarının dediyinə görə, ölümə səbəb olan sürücü saxlanılsa da, mərhum zabitin ailəsi həmin şəxsdən şikayətçi olmadığını bildirib:

“Ailəsi şikayətçi olmadı, amma onu maşınla vuran sürücü saxlanıldı. Şöhrət Namazov “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ailəsinə deyibmiş ki, daha 2 medal da alacaq, amma qismət olmadı”.

Qeyd edək ki, məlum hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28