Cümə, 29 Mart

Azərbaycanda yazıb-oxuya bilməyən 9-cu sinif şagirdlərinin SAYI

image

2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub.

Xəbər verilir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat yer alıb.

Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:

Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45