Bazar ertəsi, 06 May

Azərbaycanlı qızları Dubayda satan qadın TUTULDU

image

İnsan alverində təqsirli bilinən 50 yaşlı Elnarə Zamanova bir müddət əvvəl saxlanılıb.

Məlumata görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri,  iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

Hazırda Elnarə Zamanovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58