Bazar, 05 May

Prokuror arvadını öldürən kişiyə ağır cəza istədi – Məhkəmə

image

Bakının Xəzər rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Füzuli Qarayevin barəsində 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, ötən ilin avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib, oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Cütlüyün 3 və 4 yaşlarında iki oğlu var.

İstintaq orqanı tərəfindən Füzuli Qarayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15