Bazar, 05 May

Deputatın qohumu həbsxanadakı toqquşmada xəsarət alıb - İDDİA

image

Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident zamanı xəsarət alan müəssisə əməkdaşlarından biri deputat Aqil Abbasın qohumudur. Həmin şəxs ədliyyə mayoru Sunay Məmmədovdur. O, Aqil Abbasın bacısı oğludur.  

Xatırladaq ki, insident müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.

Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir, var. Bundan savayı Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.

Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir. 

İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Bu barədə məhkumlar məlumat veriblər.

İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.

Xəbər verilir ki, Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov məlumatı təkzib edib. Bildirib ki, sözügedən cəzaçəkmə müəsisəsində heç bir insident olmayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15