Çərşənbə axşamı, 14 May

Fazil Məmmədov həbs olunur?

image

Dövlət Vergi Xidmətinin “Birlikdə kölgədən işığa doğru” reklamı yol kənarlarında diqqət çəkir. Bu reklam mətninin ortaya çıxmasında sabiq vergilər naziri Fazil Məmmədovun rolu böyükdür. Fazil Məmmədov vergilər naziri olduğu dönəmdə Azərbaycan iqtisadiyyatı kölgədə idi.

Bundan bəhrələnənlər sırasında ən başda elə bu vəziyyəti yaradan Fazil Məmmədov idi. Bu gün onun mal-mülkünün sayı-hesabı bilinmir. 4 ildir ki, Fazil Məmmədov vəzifədə deyil, amma kölgədə olan, gizli biznesləri haqda xəbərlər səngimək bilmir.  Araşdırmaçı jurnalist Cavanşir Həsənli Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumat paylaşıb:

“Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda ”THE LYRİC", “OLİVES & MEZE”, “WOK TO WALK” restoranları, “WEST & END” daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı"...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00