Bazar, 05 May

Atdan yıxılan şair palataya köçürüldü

image

Ötən gün Novxanıda atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov reanimasiyadan palataya köçürülüb.

Şair bildirib ki, hər şeyin yaxşı olduğunu deyib.

"Çox güman, sabah evə buraxılacağam. Dünən sübh tezdən, saat 5 radələrində Sumqayıtda dəniz kənarında övladlarımla at çapmağa getmişdik. Birinci dəfə deyil ki, at çapırdıq. Bu səfər bizim əyləncəmizi görən itlər oyun üçün atların ardınca qaçıb bizə qoşuldular. Mənim atımın ayağı qumlu sahədə boşluğa düşüb büdrədi. O yıxıldı deyə, mən də yıxıldım. Sonrasını xatırlamıram”.

Qurbanov gözünü xəstəxanada açdığını bildirib: “Təbii, ilk olaraq qızımı və oğlumu soruşdum. Çünki, onları hər ikisi həmin an mənim yanımda idilər. Yaxınlarımın dediyinə görə, mən yıxılandan sonra itlər heç kimə təhlükə yaratmayıblar. İt də, at da insanın dostudur, biz də ailə olaraq heyvansevərik”.

Şair atın vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Amma bir uğursuzluq oldu və mən kifayət qədər ciddi xəsarət almışam. Yaxınlarım belə reanimasiyaya buraxılmırdı. Şükür ki, bu ağır mərhələni həkimlərin sayəsində qısa müddətdə geridə qoyduq”.

Qurbanov onu soruşan, yanında olmaq istəyən, xəstəxana həyətində gözləyən hər kəsə təşəkkür edib: “Və mənə dua edən hər kəsə minnətdaram və bütün mətbuata, jurnalist dostlarıma, xəbər səhifələrinə diqqətiniz üçün minnətdaram”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15