Bazar, 05 May

Bərdədə şənlikdə havaya atəş açan şəxs tutulub

image

Bərdədə şənlikdə havaya iki dəfə atəş açan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya iki dəfə atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.

Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15