Cümə, 29 Mart

Özünü ölmüş kimi göstərən biznesmen televizor alarkən tutulub - Təfərrüat

image

Dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Xəbər verilir ki, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb.

Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.

Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyinin bilinmədiyi ortaya çıxıb.

Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45