Bazar ertəsi, 13 May

Suçiçəyi keçirənlərdə meymunçiçəyinə qarşı immunitet yaranırmı?

image

Meymunçiçəyi və suçiçəyi kökündən fərqli xəstəliklərdir, çarpaz immunitet yaratmır, ona görə də suçiçəyi olanların meymunçiçəyindən müdafiəsi yoxdur.

Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) mətbuat xidmətindən xəbərdarlıq edilib.

Bildirilir ki, suçiçəyi olanlarda meymunçiçəyinə qarşı immun müdafiəsi formalaşmır.

“Bir insanın keçmişdə suçiçəyi xəstəliyinə tutulması meymunçiçəyinin şiddətinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Meymunçiçəyi ortopoksviruslar cinsinə, suçiçəyi isə herpes viruslarına aiddir, bu xəstəliklər əsaslı şəkildə fərqlənir və çarpaz immunitet yaratmır”, - deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, meymunçiçəyi insanlar arasında da ötürülən nadir virus infeksiyasıdır. Adətən yüngül keçirilir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar da baş verə bilər. Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və tükənmə daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan səpkilər olur. Səpkilər dəyişir və müxtəlif mərhələlərdən sonra nəhayət qaysağa çevrilir.

Ekspertlər meymunçiçəyinə tutulmamaq üçünbaşqaları ilə təmasdan çəkinməyi və partnyordan infeksiyalar üçün yoxlanışdan keçməyi istəməyi tövsiyə edirlər.

İyunun əvvəlinə qədər 26 ölkədə 640-dan çox insanın meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44