Şənbə, 04 May

“Həyat yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm”

image

“Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki... Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox, belə yaxşıdır”.

Xəbər verilir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı “Üzə düz” proqramında deyib.

Aktrisa sözlərinə belə davam edib: “İndi fikirləşirəm ki, müəyyən işlərdə, bəlkə də, onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim. Digər tərəfdən isə düşünürəm ki, mən onları sıxıntı içərisində saxlamamışam”.

Zeynallının sözlərinə görə, evlərində ən çox sınan şey telefon olub: “Onlar məktəbdə oxuyan zaman mən onlara yalnız zəng etmək üçün telefon vermişdim. Mən zəng edəndə cavab vermirdilərsə, dəli olurdum. Nənələrinin evinə kimi gedirdim, çapalayırdım ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun, amma taleyin qisməti...”.

Aktrisa zamanında sənəti ilə bağlı hədsiz böyük təkliflər aldığını açıqlayıb: “Onlar bu dəqiqə olsaydı, birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim, hələ çox körpədilər. Mühit dəyişməli idi. Yoldaşım dedi ki, mən o mühitə uyğunlaşa bilmərəm. Çoxlu problemlər oldu. Belə nəticəyə gəldik ki, ailə üçün uğurdan vaz keçim. Qızlarım əkiz idi. 5 il problemlər oldu. Dayanmadan xəstəxanalarda... Gəncliyimin ən şux vaxtları idi, amma karyeramda da arada nəsə edirdim. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyub necə gedim?! Hərdən biz də qismətə öz həyat tərzimizlə müdaxilələr edə bilərik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15