Şənbə, 04 May

Səlcuq Bayraktar pilotsuz uçan taksilər hazırlayacaq

image

Suriya, İraq, Liviya və Qarabağda uğurları ilə adından söz etdirən Türkiyə PUA-larına dünyanın bir çox ölkəsində böyük tələbat var.

Xəbər verilir ki, bunu “Baykar” müdafiə texnologiyaları şirkətinin lideri Səlcuq Bayraktar İngiltərənin “Reuters” xəbər agentliyinə müsahibəsində deyib.

“Bayraktar TB2 üzərinə düşəni edir. Ən qabaqcıl zenit komplekslərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli maşınları sıradan çıxarırr. Buna görə də bütün dünya müştərimiz olub”, - deyə o bildirib.

Bayraktar pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın ilk uçuşunun gələn il edilməsinin planlaşdırıldığını, TB3-ün isə yaxın zamanda uçuş sınaqlarına başlayacağını açıqlayıb.

“Uzun müddətli hədəfimiz pilotsuz uçan taksilərdir. Hazırda bunun üzərində işləyirik. Bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdirməliyik. Belə taksilər şəhər nəqliyyatında inqilab edəcək”, - deyə şirkət rəhbəri qeyd edib.Oxu.az

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15