Bazar, 05 May

Evində öldürülüb yandırılan müəllimə görə 1 nəfər tutuldu

image

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində öldürülərək evi yandırılan 139 saylı orta məktəbin ibtidai sinif müəllimi Xuraman Həsənovanın qətli ilə bağlı birgə məlumat yayıb. 

Xəbərə görə, bildirilib ki, mayın 27-i saat 7 radələrində Lökbatanda yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla cinayətin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Orxan Novruzov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15