Bazar, 05 May

Hərbi Qənimətlər Parkında pandemiya qaydaları kobud şəkildə pozulur - VİDEO

image

44 günlük Vətən müharibəsindəki zəfər tariximizi özündə əks etdirən Hərbi Qənimətlər Parkı vətəndaşların istifadəsinə açıldığı gündən bəri hər gün olduğu kimi, bu gün də çoxsaylı ziyarətçi axınına məruz qalıb. Lakin diqqət çəkən məqam Hərbi Qənimətlər Parkının girişində artıq neçənci dəfədir ki, müşahidə olunan ziyarətçi izdihamının yaşanması olub. Xüsusilə ölkədə davam edən pandemiya şəraitini nəzərə aldığımızda bu cür izdihamların yaşanması olduqca təhlükəli görünür.

Ölkədə hələ də toy və yas mərasimlərinin keçirilməsi, o cümlədən metronun fəaliyyəti qadağan edilub. Həftə sonları isə ictimai nəqliyyatın fəaliyyətində məhdudiyyətlər tətbiq olunur. Bu qadağaların əsas səbəbi isə pandemiya şəraiti və yolxuma riski ilə izah edilir. Lakin Hərbi Qənimətlər Parkının qarşısında tamamilə fərqli mənzərə nəzərə çarpır.

Parkın girişində uzun növbələr var, ziyarətçilərin sosial məsafə və maskadan istifadə qaydalarına riayət etmir. Üstəlik heç kim də bu məsələyə müdaxilə etmək gərəyi hiss etmir. Sanki hər şey normaldır, hər şey belə də olmalıdır.
 
Gündəlik yoluxmanın yüksək olduğu son günlərdə insanların Hərbi Qənimətlər Parkının qarşısında izdiham yaratması təbii olaraq bəzi suallar doğurur. Görəsən parkın qarşısında son günlərdə yaşanan izdiham virusa yoluxma təhlükəsini artırmırmı? Bəs aidiyyatı qurumlar nə üçün bu məsələ ilə bağlı susqunluğunu qoruyur və bir tədbir görmür? Şəhərdə bir neçə saniyəlik maskanın çıxarılması cərimə ilə nəticələndiyi halda nə üçün park qarşısındakı izdihama, sosial məsafəyə riayət olunmasına nəzarət edilmir? 

Parkın girişindəki video kadrlardan da yaşanan izdihamın, ən sadə pandemiya qaydalarına riayət edilmədiyini və təhlükənin dərəcəsini aydın şəkildə görmək olur.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15