Şənbə, 04 May

Günəşi belə görməmişdiniz: Ulduzun orbitindən inanılmaz görüntülər – FOTO/VİDEO

image

Avropa Kosmik Agentliyi “Solar Orbiter” müşahidə peyki tərəfindən çəkilmiş videonu paylaşıb. Zond Günəşin səthini maksimum yaxın məsafədən çəkməyə müvəffəq olub.

Videonun əvvəlində tam ölçüdə görünən Günəşin tac qazı diqqət çəkir. Kamera müəyyən bir hissəyə yaxınlaşdıqda daha kiçik miqyaslı tac ilmələri görünür.

İkinci videoda Günəşin şimal qütbü göstərilir. Qurğu açıq maqnit sahəsi ilə qapalı güc xətlərini və qaranlıq sahələri “tutmağı” bacarıb.

Qeyd edək ki, “Solar Orbiter”in buraxılışı 2020-ci ildə baş tutub. AKA aparatı Günəşin məsafədən müşahidəsi və kosmik gəmi ətrafındakı vəziyyətin monitorinqi üçün on modulla təchiz edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15