Cümə, 29 Mart

Rus deputat ukraynalı əsirləri edam etməyə çağırdı

image

Ukraynanın Mariupol şəhərində Rusiya ordusuna qarşı müqavimətin simvoluna çevrilən “Azovstal” zavodunda qalan əsgərlərdən 264-ü dünən əsir götürülüb.

Xəbər verilir ki, Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar ölkənin cənubundakı Mariupol şəhərində rus əsgərləri tərəfindən mühasirəyə alınan “Azovstal” polad zavodundan 264 əsgərin təxliyə adı altında əsir götürüldüyünü, onlardan 53-nün ağır yaralandığını, 211 əsgərin isə Novoazovsk vilayətindəki hərbi hospitala aparıldığını bildirib.

Ukrayna bu gün təxliyə edilən əsgərlərin görüntülərini paylaşarkən rusiyalı deputatdan qan donduran açıqlama gəlib. Belə ki, Rusiya Liberal Demokrat Partiyasının deputatı Leonid Slutski ölkə parlamentində "Azov" alayında döyüşən əsgərlərin ruslarla dəyişdirilməsi ilə bağlı müzakirələr zamanı təslim olan ukraynalı hərbçiləri "insan şəklində heyvanlar" adlandırıb.

Əsgərlərin insanlığa qarşı dəhşətli cinayətlərə görə yaşamağa layiq olmadığını bildirən rusiyalı deputat onların hamısının edam edilməli olduğunu söyləyib. Rus deputatın ukraynalı əsirləri edam etməyə çağırması siyasi müstəvidə rezonans doğurub.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Azovstal”da blokadaya alınmış 694 nəfər əsir götürülüb. Hazırda zavodda və yeraltı tunellərdə neçə nəfərin qaldığı dəqiq məlum deyil. Qalanların təxliyəsi üçün işlər davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45