Şənbə, 20 Aprel

Nura Suri məşhur narkobaronun qardaşı ilə

image

İfaçı Nura Suri bir neçə gündür Kolumbiyadadır.

Xəbər verilir ki, Nura burada dünyaca məşhur narkobaron Pablo Eskobarın qardaşı ilə görüşüb.

Suri 75 yaşlı Roberto Eskobarla fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Roberto de Xesus Eskobar Qaviriya ABŞ-da qaçaqmalçılıq yolu ilə daxil olan narkotikin 80%-nə nəzarət edən “Medelyin Birliyi”nin (narkotikin satışı ilə məşğul olan şəbəkə - red.) keçmiş mühasibi və qurucu şəriklərindən biridir. Pablo Eskobarla birlikdə həbsxanadan qaçıb, bir il sonra təslim olub.

On il həbsdə qaldığı müddətdə məktub zərfinin içində gizlənən bombanın üzünə yaxın partlaması nəticəsində bir gözünü itirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20