Cümə, 19 Aprel

“Azovstal”da təslim olanların sayı 959-a yüksəldi

image

Son sutka ərzində Mariupoldakı “Azovstal” kombinatında bloklanmış Ukrayna hərbçilərindən 694-ü təslim olub. Mayın 16-dan bəri ümumilikdə 959 hərbçi təslim olub, onlardan 80-i yaralıdır.

Xəbər verilir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Mariupoldakı “Azovstal” zavodunda bloklanmış “Azov” birləşməsinin hərbçiləri və digər ukraynalı hərbçilər təslim olmağa davam ediblər”, - o deyib.

Təslim olanlardan 51 nəfər “DXR”in nəzarət etdiyi Novoazovsk şəhərindəki xəstəxanaya yerləşdirilib.

Mayın 17-də Rusiya Müdafiə Nazirliyi Mariupoldakı “Azovstal” zavodunda qalan 265 hərbçinin, o cümlədən 51-i ağır yaralının silahı yerə qoyaraq bir gündə təslim olduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20