Çərşənbə, 24 Aprel

Zəif şagirdlər məktəbdən çıxarılır? – Nazirlik

image

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorlarının özbaşına göstərişlərinə Təhsil Nazirliyi reaksiya verib.

Nazirlikdən cavab olaraq bildirilib ki, AR Təhsil qanununun 19-cu maddəsinin 14-cü bəndinə əsasən, ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur:

“Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır. Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl məktəb direktorlarının zəif və orta göstəricilər əldə edən IX sinif şagirdlərini məktəbdən məcburi şəkildə uzaqlaşdırılması halları barədə məlumatlar yayılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33