Cümə, 19 Aprel

“Şuşa və Laçın ətrafına terror hücumu ola bilər” - ŞOK xəbərdarlıq

image

Ermənistanda parlament müxalifəti etiraz aksiyalarının yeni taktikasını açıqlayıb. Bu haqda “Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan anons verib. Onun sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var.

Müxalif siyasətçi qeyd edib ki, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, yalnız qüvvələri səfərbər etmək qalır. Bundan başqa, İ.Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq. 

Sitat: “Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”.

Tanınmış rusiyalı politoloq Maksim Şevçenko isə Oxu.az-a deyib ki, razılaşmaların ləğv edilməsi çox yüksək ehtimalla mümkündür: “Ermənistan müxalifəti ilk növbədə Moskvada müəyyən nüfuzlu qüvvələrlə əlaqəli olan Qarabağ klanına arxalanır”. Şevçenkoya görə, Azərbaycan cəmiyyətinin Ukrayna ilə bağlı dəstək mövqeyindən Rusiyada erməni lobbisinin təsiri altında qüvvələr Bakıya qarşı istifadə edir: “Və bu müəyyən qüvvələr İrəvanda Paşinyanı devirmək və Qarabağ razılaşmalarından imtina etmək istəyən qüvvələrlə bağlıdır. Bu isə Azərbaycana təzyiq etmək üsullarından biridir”.

Politoloq deyib ki, Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi ehtimalı olduqca yüksəkdir və bu qüvvələrin arxasında Moskva dayanır: 

“Mən azərbaycanlılara bu məsələyə çox ciddi yanaşmağı təklif edirəm. Ancaq bunun açarlarını və köklərini Moskvada axtarın. Heç bir erməni müxalifəti yoxdur ki, təkbaşına hərəkət etsin. Onların hamısı Moskvada geosiyasi hibrid müharibəsi üzrə tapşırıqları həyata keçirən, Azərbaycana təzyiq göstərən müəyyən qüvvələrdən əmr və resurslar alır. Aydındır ki, heç bir müharibə tələb olunmayacaq. Amma təsəvvür edin ki, on terror qruplaşması yarana bilər ki, bunlar da Şuşaya - Azərbaycanın Laçının ətrafında çəkdiyi yola və s. hücumlar təşkil edə bilər. Bu, Ermənistan ordusu ilə toqquşmadan qat-qat təhlükəli olacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28