Çərşənbə axşamı, 19 Mart

Mariupol təslim olur: Ukrayna hərbçiləri “Azovstal”ı tərk edir

image

Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda yerləşdirilən Ukrayna hərbçiləri fabrikin katakombalarını tərk edir, bu isə şəhərin tamamilə Rusiyanın nəzarətində olması deməkdir. Hərbçilər 5 avtobusun müşayiəti ilə Novo-Azovska yola düşüblər.

Xəbər verilir ki, təxliyə edilənlərin çoxu yaraladır. Bildirilib ki, 53 yaralı Novo-Azovsk xəstəxanalarına çatdırılıb. Daha 211 ukraynalı hərbçi Olenivkaya köçürülüb və onların qaytarılması ilə bağlı mübadilə prosesi aparılacaq. Maraqlıdır ki, Ukrayna hərbçiləri faktiki olaraq təslim olsa da, Kiyev “təslim olmaq” ifadəsini işlətməkdən çəkinir.

Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərin həyatının onun üçün vacib olduğunu bildirib və ordu kəşfiyyatına, eləcə də Qırmızı Xaç və BMT-yə təşəkkür edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11