Çərşənbə axşamı, 19 Mart

“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdü

image

Kremlin erməni əsilli təbliğatçılarından olan jurnalist Marqarita Simonyanın “Avroviziya” musiqi yarışması ilə bağlı paylaşımı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Xəbər verilir ki, yarışmanın nəticələri elan edildikdən sonra Simonyan öz Teleqram hesabında belə yazıb:

“Gələn il “Avroviziya” Rusiyada keçiriləcək”.

Simonyanın bununla bütün Ukraynanın işğal ediləcəyini nəzərdə tutması səbəbindən əks reaksiyalar özünü çox gözlətməyib. Bəziləri Simonyana xatırladıb ki, Rusiyanın “Avroviziya”da təmsilçiliyinə son qoyulub, digərləri isə Marqaritanın fikirlərini “marazm” adlandırıblar və bu cür işğal mesajlarının səsləndirilməsinə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, builki “Avroviziya”nın qalibi 631 xalla Ukrayna seçilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11