Çərşənbə axşamı, 19 Mart

Fuad Vəlixanov vəfat etdi

image

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

Məlumata görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.

2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyir.

O, son olaraq “İctimai” TV-də çalışıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11