Cümə axşamı, 28 Mart

Rusiyadan Finlandiya və İsveçə daha bir xəbərdarlıq

image

“Finlandiya və İsveçin NATO-ya qoşulması səhv addım olardı”.

Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı qərarlarını ciddi fəsadları olacaq səhv adlandırıb: “Onlar bizim bununla barışacağımızı düşünürlərsə, yanılırlar”.

Xatırladaq ki, Finlandiya hökuməti Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq NATO-ya qoşulmaq niyyətində olduğunu bildirib. İsveçin hakim Sosial Demokrat Partiyası da ölkənin NATO üzvlüyünə dair ərizə vermək barədə qərar qəbul edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25