Cümə axşamı, 25 Aprel

Rusiya Ukraynanın daha 3 təyyarəsini vurdu

image

“Rusiyanın hava hücumundan müdafiə vasitələri gecə ərzində Nikolayev vilayətinin Yevgenovka və Velikaya Kamışevaxa yaşayış məntəqələri ərazisində Ukraynaya məxsus iki “Su-25” təyyarəsini vurub”.

Xəbər verilir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları, həmçinin İlan adası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-24” təyyarəsini də vurublar:

“Ümumilikdə hərbi əməliyyat başlayandan bu günə qədər Rusiya ordusu Ukraynaya məxsus 168 təyyarə, 125 helikopter, 889 pilotsuz uçuş aparatı, 307 zenit-raket kompleksi, 3108 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, eləcə də 2949 xüsusi hərbi avtomobil texnikasını sıradan çıxarıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33