Çərşənbə axşamı, 19 Mart

Məhkəmə “Hayat Group” şirkəti ilə bağlı qərar verdi

image

Nəsimi Rayon Məhkəməsində “Hayat Group” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Əldə etdiyimiz məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Qeyd: "Hayat Group" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11