Şənbə, 20 Aprel

Rusiya Ukraynada quru qüvvələrinin artıq 1/3-ni itirib -Britaniya kəşfiyyatı

image

Rusiya fevralda Ukraynada hücuma cəlb etdiyi quru qüvvələrinin artıq 1/3-ni itirib.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Qeyd edilib ki, Donbasda hücumun tempi azalıb, qrafikdə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə geri qalır. Rusiya son ayda əhəmiyyətli əraziləri də nəzarətə götürə bilməyib, ancaq ciddi itkilər verməkdə davam edir. Britaniya kəşfiyyatının proqnozuna görə, körpü və kəşfiyyat avadanlığı, müşahidə və kəşfiyyat pilotsuz aparatlarının çoxsaylı itkisi quru qüvvələrinin itkisini daha da artıracaq. Artıq Rusiya Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri qarşısında çox zəif olan pilotsuz aparatların çatışmazlığı ilə üzləşib.

Britaniya kəşfiyyatı hesab edir ki, hazırkı şəraitdə qarşıdakı 30 gündə Rusiya qüvvələrinin hücum tempini kəskin artırması qeyri-mümkündür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20