Cümə, 29 Mart

“İlk nüvə zərbəsini endirə bilərik” – Rusiyadan şok mesaj

image

“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.

Xəbər verilir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib.

“Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, - deputat bildirib.

Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi etdiyini iddia edib:

“Amerikalılar nüvə silahının işə düşməsinə səbəb olmağa, bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etməyə və Asiyada aranı qatmağa çalışacaqlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45