Cümə, 29 Mart

Ukrayna Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq – Zelenski

image

Ukrayna Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Rai 1” telekanalına müsahibəsində deyib.

“Biz Rusiya ilə danışmağa hazırıq ki, Krımla bağlı qərar danışıqlar prosesini çətinləşdirirsə, bu sualın cavabını sonraya saxlayaq. Krım məsələsi Ukrayna və Rusiya prezidentləri arasında görüş prosesini çətinləşdirirsə, gəlin bu məsələni bir kənara qoyaq”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın Türkiyədəki nümayəndə heyəti bu tezislə çıxış edib, amma həmişəlik yox: “Biz təklif etdik ki, dövlətlərimiz 10 il ərzində Krım məsələsini həll etməlidir. Biz bu sualın cavabını eşitməmişik”.

O, həmçinin bəyan edib ki, Ukrayna “DXR” və “LXR”in muxtariyyətini tanımır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45