NATO XİN başçıları Berlində toplanır
NATO XİN başçıları Berlində toplanır
Bu gün Almaniyanın paytaxtı Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Xəbər verilir ki, iclasda Ukrayna başda olmaqla, Avro-Atlantik regionundakı son proseslər müzakirə ediləcək. Bundan başqa, NATO-nun Strateji Konsepsiyası və Madrid sammitinə hazırlıq məsələləri barədə də fikir mübadiləsi aparılacaq.
Həmçinin, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə mövzusu olacaq.
Azadsoz.com