Cümə, 19 Aprel

Peyvənd olunanların sayı açıqlandı

image

Azərbaycanda son sutkada 3799 nəfər vaksinasiya olunub.

Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 679 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301-dir.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 678 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 858, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 843 153, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 249 884, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 353 nəfərdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28