Cümə axşamı, 19 May

ABŞ “Taliban”a xəbərdarlıq edib

image

“Taliban”ın əfqan qadınları üçün hicabın məcburi olması diqtəsinə cavab olaraq ABŞ bəyan edib ki, “Taliban” atdığı son addımları dayandırmasa, bu rejimə təzyiqləri artıracaq.

Xəbər verilir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib ki, “Taliban” qadın və qızların hüquqlarını məhdudlaşdıran bəzi qərarlarını ləğv edənə qədər təzyiqlər davam edəcək: “Biz bu narahatlığı açıq şəkildə “Taliban”a bildirmişik, əgər qadınlara qarşı repressiyalarını dayandırmasa və ya ləğv etməsə, əlimizdə bəzi imkanlar var ki, onlardan istifadə etməyə hazırıq”.

Ötən şənbə günü “Taliban” lideri bütün əfqan qadınlarının islami hicab geyinməsini tələb edən yeni göstəriş verib. “Taliban”ın bəyanatında Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin məcburi hicabın tətbiqinə nəzarət etmək üçün atdığı addımlar göstərilib.

Bu prosesdə ilk addım qadınların evlərini tapmaq və qadınların valideynlərinə məsləhət və xəbərdarlıq etməkdir.

İkinci mərhələdə qadının atası və ya qəyyumu aidiyyəti şöbəyə çağırılır və qadının atasına və ya valideynlərinə qarşı iş açılır və şəxsin məhkəməsi başlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fuad Vəlixanov vəfat etdi

  • 16.05.2022 - 21:45