Cümə, 29 Mart

"Sanksiyalar böyük qlobal böhrana səbəb olur" - Putin

image

Qərb dövlətləri dar perspektivdən sanksiyalar tətbiq etməklə öz milli maraqlarına zərər verirlər. Bu sanksiyalar böyük qlobal böhrana səbəb olur.

Xəbər verilir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət rəsmiləri ilə keçirdiyi görüşdə ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edərkən deyib.  

O bildirib ki, Rusiya çətin xarici şərtlər fonunda fəaliyyətini davam etdirir:

"Mən qlobal çağırışlardan və Qərb ölkələrinin sanksiyalarının təzyiqindən danışıram. Bu sanksiyalar hərtərəfli qlobal böhrana səbəb olur. Dar perspektivə, siyasi ambisiyaya və Rusiyaya fobiyaya malik olan bu sanksiyaların memarları öz milli maraqlarına zərər vurur və bu sanksiyaların həm də Rusiyaya qarşı yönəlmiş addımlar atılır". 

Putin Avropada inflyasiyanın kəskin şəkildə artdığına diqqət çəkib:

"Bəzi ölkələrdə bu, illik 20 faizə çatıb. Sanksiyaların davam etdirilməsi Avropa İttifaqı və onun vətəndaşları, eləcə də onsuz da aclıq təhlükəsi ilə üz-üzə olan yoxsul ölkələr üçün çox ağır və çətin nəticələrə gətirib çıxaracaq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45