Paşinyan mayın 16-da Moskvaya səfər edəcək
Paşinyan mayın 16-da Moskvaya səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.
Xəbər verilir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək.
KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyan görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, – o qeyd edib.
Azadsoz.com