Cümə axşamı, 18 Aprel

Paşinyan həbs edilir? - Baş prokuror göstəriş verdi

image

44 günlük müharibədə öldürülmüş əsgərlərin valideynləri Ermənistan İstintaq Komitəsində dindiriliblər. Onların vəkili Vaan Hovannisyan jurnalistlərə deyib ki, hərbçilərin yaxınlarının müraciəti təmin edilib, baş prokuror baş nazir Nikol Paşinyanın dindirilməyə çağırılması barədə göstəriş verib.

Ancaq dindirmənin nə vaxt keçiriləcəyi hələ məlum deyil. Proseslərin ardıcıllığını müstəntiq müəyyənləşdirir. Prokuror 27 nəfəri zərərçəkmiş kimi tanıyıb, daha 15 əsgər yaxını ilə bağlı vəsatət vermişik, - vəkil deyib.

Əsgər atalarından biri isə jurnalistlərə müsahibəsində deyib ki, aidiyyəti qurum onu sorğu-sual edərkən baş nazirin təqsirləndirilən şəxs qismində gətirilməsini tələb edib. Digər valideylər də analoji açıqlama veriblər.

Qeyd edək ki, müharibədə öldürülmüş hərbçilərin ailə üzvləri uzun müddətdir ki, Paşinyanın övladlarının ölümünə görə məsuliyyət daşıdığını iddia edirlər. Bu səbəbdən də narazı valideynlər aksiya keçirir, baş nazirin müttəhim kimi proseslərə cəlb edilməsini tələb edirlər.

Xatırladaq ki, aprelin 13-də parlamentin tribunasından çıxış edən Paşinyan bildirib ki, o, Azərbaycan ərazilərini hərbi əməliyyatlar olmadan da qaytara bilərdi. Lakin bundan imtina etməklə minlərlə insanın ölümündə günahkar oldu. Bu ifadə valideynlərin narazılığına və qəzəbinə səbəb oldu. Onlar aprelin 18-də Ermənistan Baş Prokurorluğuna müraciət edərək, Paşinyanın sözügedən ifadəsi ilə bağlı cinayət işinin açılması və istintaqın aparılmasını tələb ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28