Cümə axşamı, 28 Mart

Rus əsgərləri dinc insanları belə GÜLLƏLƏYİR - VİDEO

image

“CNN” telekanalı rus əsgərlərinin növbəti vəhşiliyini və hərbi cinayətini əks etdirən video paylaşıb.

Xəbər verilir ki, telekanal hadisənin mart ayında Kiyev yaxınlığında baş verdiyini bildirib. Qeyd olunur ki, 5 rus əsgəri bir avtosalona daxil olaraq, onu qarət etməyə başlayıblar. 

Bu zaman avtosalonun sahibi və Leonid Plyats adlı 68 yaşlı gözətçisi əllərini qaldıraraq, əsgərlərə yaxınlaşırlar. Videodan da göründüyü kimi, həmin şəxslər silahsız olublar. Daha sonra rus əsgərləri onların üstünü yoxlayırlar və arada hansısa qısa söhbət olur. Bundan sonra iki silahsız ukraynalı avtosalondan uzaqlaşmağa başlayırlar.

Bu zaman bir qədər geri çəkilən iki rus əsgəri yenidən avtosalonun girişinə qayıdaraq, hər iki şəxsi arxadan güllələyirlər. Avtosalonun sahibi dərhal dünyasını dəyişib. Bildirilir ki, sonradan rus əsgərləri avtosalonu qarət etməkdə davam ediblər. Həmin vaxt yaralı gözətçi sürünərək, özünü telefona çatdırıb və harasa zəng edib. Lakin ukraynalı könüllülər hadisə yerinə gələnə qədər rus talançıları oradan uzaqlaşıblar, gözətçi isə dünyasını dəyişib... 

Xəbərdə qeyd olunur ki, Ukrayna Prokurokurorluğu videogörüntülər əsasında rus əsgərlərinə qarşı hərbi cinayət maddəsilə iş qaldırıb. “CNN” isə videogörüntülərlə bağlı Rusiya Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanlayaraq, ondan bu vəhşiliyi şərh etməsini istəyib. Lakin Rusiya tərəfi susur.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45