Cümə axşamı, 28 Mart

Həccə gedənlərin nəzərinə: Peyvəndin bitməsinə 6 ay qalmalıdır

image

"Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslər ən azı iki doza peyvənd olunmalıdır. Onlardan COVID-19 pasportu tələb olunacaq".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, peyvəndin bitmə vaxtına 6 ay qalmalıdır:

"Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə 4-5 ay qalacaqsa, o, gedə bilməyəcək.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil olub. Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45