Çərşənbə, 24 Aprel

Putinin paraddakı çıxışında gizlənən etiraflar

image

Rusiyanın keçirdiyi 9 May paradı və Prezidenti Vladimir Putinin çıxışı dünya mediasının və politoloqların diqqət mərkəzindədir.

Xəbər verilir ki, Vladimir Putinin cəmi 10 dəqiqəlik çıxışında məhz nələrin ehtiva olunması həm də Rusiyanın hazırda qarşılaşdığı situasiyanın izahı kimi analizə cəlb edilir.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli 9 May paradı və Putinin çıxışını belə ümumiləşdirib:

- 1991-ci ildən bəri, Rusiya müstəqil dövlət olandan sonra ilk dəfə idi ki, Moskvada keçirilən paradda heç bir xarici dövlət nümayəndəsi iştirak etmədi. Hətta Belarus lideri Lukaşenko belə parada gəlmədi, formal olaraq ölkə sərhədlərində gərginliyi bəhanə gətirdi. Halbuki Lukaşenko Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2 dəfə Rusiyaya səfər etmişdi;

- Müharibə artıq 76 gündür davam edir, amma Putin hələ də öz çıxışında müharibəyə nədən başladığını izah etməyə məcbur qaldı. Hələ də məntiqsiz, mənasız “arqumentlər” səsləndirdi, çünki buna ehtiyac var – müharibə uzandıqca Rusiya cəmiyyətində suallar artmağa başlayır;

- Putin Ukrayna təcavüzündə həlak olan əsgər və zabitlərin ailə üzvləri ilə görüşdə böyük sosial paket elan etdi, daha çox yardım ayrılacağını bildirdi. Bu, faktiki olaraq etirafdır – Putin etiraf edir ki, rus əsgərinin puldan başqa motivasiyası yoxdur. Elan edilən “vətən-millət-ölkə” kimi rəsmi təbliğat mifdir, rus əsgərini bu işğalçı müharibədə ancaq pul motivasiya edir;

- Putin hələ də “NATO-nun bizim sərhədlərə yaxınlaşmasının qarşısını aldıq” kimi mənasız arqumenti bir daha səsləndirdi. Reallıq isə budur ki, Finlandiya və İsveç NATO-ya üzv olsa (12 may və 15 mayda qərarlarını elan edəcəklər) Rusiyanın bu təcavüzü ölkənin NATO ilə quru sərhədlərini 2 dəfə (!) artıracaq. Rusiyanın Ukraynaya təcavüzündən öncə NATO ilə quru sərhədlərinin uzunluğu 1215 km idi, Finlandiya və İsveç alyansa üzv olduqdan sonra quru sərhədin uzunluğu 2555 km olacaq;

- 9 May günü Qərbin, ABŞ-ın Rusiyaya “hədiyyəsi” isə yeni lend-liz (lend-lease) qanununun imzalanması oldu. İkinci Dünya müharibəsində ABŞ-ın SSRİ-yə dəstək üçün qəbul etdiyi “lend-liz” müharibənin gedişatını çox dəyişdi, cəbhədə üstünlüyün yaranmasına səbəb oldu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33