Cümə, 29 Mart

Mahir oynamadı, komandası qalib gəldi

image

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 34-cü tur oyununa çıxıb.

Xəbər verilir ki, komanda turun mərkəzi görüşündə "Osiyek"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Emreli sonadək ehtiyatda qalıb. Matçdan əvvəl Xorvatiya mətbuatı onun çiynindəki ağrı səbəbindən oynamaya biləcəyini yazmışdı.
 
Qeyd edək ki,  hazırda 73 xalı olan Zaqreb təmsilçisi  turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 69 xalla 2-ci, "Osiyek" 65 xalla 3-cüdür.

Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 2 qol vurub. 

8 may

22:00. "Dinamo" (Zaqreb) - "Osiyek" - 3:0

Qollar: Orşiç, 34, Spikiç, 60, Menalo, 81

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45