Cümə, 29 Mart

NATO-ya girmək üçün əsl fürsətdir

image

NATO-nun keçmiş baş katibi Anders Rasmussenin fikrincə, indiki məqam Finlandiya və İsveçin Alyansa qoşulması üçün fürsətdir və başı Ukraynada qarışan Putin buna mane ola bilməyəcək.

Bu barədə CNBC-yə xəbər verir. “Düşünürəm ki, hazırda bu ölkələr üçün fürsət pəncərəsi var – çünki Putin başqa işlərlə məşğuldur. Onun bununla bağlı edə biləcəyi heç nə yoxdur”, – Rasmussen bildirib. O qeyd edib ki, təcili prosedura əsasən, üzvlük əldə etmək bir neçə ay çəkəcək, çünki qərar bütün üzv ölkələr tərəfindən təsdiqlənməlidir. “Bu müddət ərzində həm Finlandiya, həm də İsveç Rusiya Federasiyası tərəfindən potensial olaraq qorxuda və hətta təhdidlə üzləşə bilər və buna görə də biz onların təhlükəsizliyinə zəmanət verməliyik… sanki onlar artıq Alyansın üzvüdürlər kimi”, – deyə o, əlavə edib.

Alyansın hazırkı baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, Finlandiya və İsveç üzvlük üçün müraciət etsələr, blok dövlətləri rəsmi üzv olana qədər onların təhlükəsizliyini təmin etmək üçün həll yolu tapa biləcəklər. Böyük Britaniyanın müdafiə naziri isə bildirmişdi ki, NATO üzvü olub-olmamasından asılı olmayaraq, Rusiyanın hücum edəcəyi halda Böyük Britaniya Finlandiyaya kömək edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45