Cümə axşamı, 25 Aprel

ABŞ və Avropadan Ukraynaya göndərilən silahlar məhv edildi - Rusiya MN

image

Ukraynanın Xarkov vilayətindəki Boqoduhov qatar stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən külli miqdarda silah məhv edilib.

Xəbər verilir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.

Konaşenkov havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bahmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.

Rusiya hava döyüş taktiki bölmələrinin gecə saatlarında Ukraynanın 18 hərbi obyektini vurduğunu bildirən Konaşenkov, Xarkov vilayətində 2 komanda mərkəzinin, Odessa vilayətində isə 3 sursat və yanacaq anbarının məhv edildiyini deyib.

“ABŞ və Avropa ölkələrindən göndərilmiş külli miqdarda hərbi-texniki silah Xarkov vilayətindəki Boqoduxov vağzalının yaxınlığında məhv edilib”, - deyə Konaşenkov əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33