Cümə axşamı, 25 Aprel

Vaksinasiya ilə bağlı son statistika

image

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3565 vaksin vurulub.

Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 358, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 666 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 671, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 925, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 241 601, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 378 nəfər təşkil edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33