Cümə axşamı, 02 May

Maqsud Mahmudova 14 il həbs verildi

image

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Maqsud Mahmudovun vəkili müdafiə çıxışı edib.

O bildirib ki, M.Mahmudov 1993-cü ildən sonra psixi pozğunluqla bağlı müalicə alıb və cinayəti törədərkən anlaqsız olub. Müdafiəçi buna görə də məhkəmə istintaqının yenidən təzələnməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin rədd edilməsini istəyib. Məhkəmə yerində müşavirə keçirərək vəsatəti rədd edib.

Maqsud Mahmudov son söz dedidkdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15