Cümə, 29 Mart

Putin Lavrova görə İsrail Baş nazirindən üzr istəyib

image

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xəbər verilir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və onun yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - məlumatda deyilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45