Cümə, 19 Aprel

Kadırov buna görə Putini GÜNAHLANDIRDI

image

Rusiya-Ukrayna müharibəsində fəal simalarından biri olan və Putinə yaxınlığı ilə tanınan Çeçenisyan rəhbəri Ramazan Kadırovdan diqqət çəkən açıqlama gəlib. 

Xəbər verilir ki, Kadırov Putini ukraynalılara "yumşaq" davrandığına görə günahlandırıb. 

Britaniya mətbuatı Rusiyanın Putindən sonra ən zəngin siyasətçisi olduğu güman edilən Kadırovun da rus əsgərləri arasında Putinlə bağlı iğtişaşlar yaratdığını iddia edib.

Belə ki, Kadırov Putindən Ukraynanın böyük şəhərlərini ələ keçirmək və onlara nəzarət etmək üçün intensiv bombardmanlarını davam etdirməsini tələb edib.  

O, "Biz ikinci mərhələyə başlamalıyıq və Xarkov, Kiyev, Xerson da daxil olmaqla bütün şəhərlərə tamamilə daxil olub administrasiya qurmalıyıq”, - deyə Putinə  müraciətində  bildirib. 

Kadırov “Bizimlə əlaqələr qurmaq istəyən digər ölkələrlə dialoqu davam etdirin. Sanksiya istəyirlərsə, biz sanksiyalara qarşı mübarizə apararıq, onlar müharibə istəyirsə, döyüşürük... Bir döyüşçü kimi dövlət rəhbərliyindən xahiş edirəm ki, bu qərarı qəbul etsin. Nə qədər tez bir o qədər yaxşıdır. Putin, əmri gözləyirik. Yoldaş Ali Baş Komandan, nökərləriniz hazırdır, - deyə  son olaraq ifadə  edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20