Cümə axşamı, 28 Mart

Mətanətlə Canana barışdı - Məhkəmə olmayacaq

image

“Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim”.

Xəbər verilir ki, bunu Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana instaqram hesabında yazıb.

O qeyd edib ki, sənətçidən üzr istəyib və artıq məhkəməyə ehtiyac qalmayıb:

“Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də, bir nənə olaraq uşaqlarımın əziyyət çəkməsinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi”, - o bildirib.

“Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımı ilə körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı, həqiqətən də, səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm.

Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin”, - Canana əlavə edib.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanmış,uşaqlar anadan alınaraq ataya verilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45