Cümə, 29 Mart

Yaponiya və Rusiya Hokkaydoda həlledici döyüşə başlaya bilərlər

image

Yaponiya Müdafiə Nazirliyi Hokkaydo adasında Rusiya ilə həlledici döyüşün qaçılmaz olduğunu açıqlayıb. Bu barədə yapon generalı Yuki Yamaşita məlumat verib.

Qeyd olunur ki, Rusiya artıq Yaponiyanı dost olmayan ölkə elan edib və dövlət başçısı Vladimir Putinin bundan sonra nə addım atacağını proqnozlaşdırmaq, demək olar ki, mümkün deyil. Əgər “işğal” həqiqətən baş verərsə, cəbhə xətti Yaponiyanın şimal prefekturasında ikinci ən böyük yaşayış məntəqəsi olan Asahikava şəhəri ola bilər.

“Rusiyanın Hokkaydoya hücumu indidən hazırlıq tələb edən fövqəladə vəziyyətdir. Belə bir hücum ssenarisinin mərkəzində isə ABŞ və Rusiya arasında kəskin qarşıdurma dayanır. Bu qarşıdurmanın kəskinlik dərəcəsinin artması ilə Hokkaydonu şimal-şərqdən yuyan Oxot dənizinin akvatoriyası onun ən vacib teatrına çevrilir”, – deyə Yamaşita fikirlərini bölüşüb.

Generalın verdiyi açıqlamaya görə, məhz bu ərazidən Moskva nüvə hücumu üzrə sualtı qayıq donanmasını işə salmaqla Vaşinqton üçün təhlükə yarada bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45