Bazar, 12 May

Yaponiya ikinci dünya müharibəsindən sonra ən böyük hərbi təlimini keçirəcək

image

Yaponiyanın Özünü Müdafiə Qüvvələri son 30 ilin ən böyük hərbi təliminə hazırlığa başlayıb.
 
Xəbər verilir ki, məlumatı “TRTHaber” yayıb.
 
Bildirilib ki, hərbi təlimlər Şərqi Çin dənizinin sahilində yerləşən Kuyu rayonunda keçiriləcək. Bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan təlimdə Özünü Müdafiə Qüvvələrinin 140 min hərbçisinin iştirakı gözlənilir.

Amma buna baxmayaraq, koronavirusun yayılması ilə əlaqədar təlimlərin keçirilməsində dəyişikliklər ola bilər.

Qeyd edək ki, “soyuq müharibə” başa çatandan sonra belə bir hərbi tədbir 1993-cü ildə keçirilib.

Xatırladaq ki, İkinci dünya müharibəsindən sonra Yaponiyaya rəsmi olaraq Silahlı Qüvvələr saxlamağa icazə verilmir. Onlarda ordu funksiyasını Özünü Müdafiə Qüvvələri icra edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44