Şənbə, 20 Aprel

Saakaşvilinin səhhəti pisləşdi, məhkəməyə gəlmədi

image

Mixail Saakaşvilinin səhhəti pisləşdiyi üçün bu gün keçirilən məhkəmə prosesində iştirak edə bilməyib.

Xəbər verilir ki, bu barədə onun vəkil Nika Qvaramiya məlumat yayıb.

Onun sölərinə görə, Saakaşvilinin hərəkətində problemlər var və nitq artikulyasiyası pozulub.

Bununla bağlı prosesdə hakim Nino Eliaşvili bildirib ki, Saakaşvilinin səhhətinin vəziyyəti və ona göstərilən tibbi yardımla bağlı hərtərəfli məlumatın verilməsi üçün Xüsusi Penitensiar Xidmətə sərəncamla məktub göndərəcək.

Öz növbəsində, Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, "müxalifət siyasətçiləri son həftələr onun rəhbərlik etdiyi idarəyə qarşı məqsədyönlü nüfuzdan salma kampaniyası aparırlar, guya Saakaşviliyə həbsxanada lazımi tibbi yardım göstərilmir və onun həyatı təhlükədədir".

Saakaşvilinin ailə üzvləri onun ixtisaslı müalicə almaq üçün xaricdəki klinikaya köçürülməsini tələb edirlər.

Saakaşvilinin anası Giuli Alasaniya jurnalistlərə bildirib ki, bu tələb hakimiyyət tərəfindən yerinə yetirilməsə, bu gündən bütün Gürcüstanda müxalifət tərəfdarlarının kütləvi nümayişləri başlayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20