Cümə axşamı, 25 Aprel

Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağladı - Sensasiyalı iddia

image

Azərbaycan Rusiya hərbi təyyarələri üçün hava məkanının bağlayıb.

Xəbər verilir ki, bu barədə bir sıra sosial şəbəkə hesablarında paylaşımlar edilib.

"Twitter"dəki postlara əsasən, Türkiyənin ardınca qonşu Azərbaycan da öz hava məkanını Rusiya hərbi təyyarələri üçün bağlayıb.

Bu, Rusiya ilə Ermənistan arasında hərbi yüklərin daşınmasını pozmaq niyyətləri ilə bağlıdır.

“Azərbaycan öz hava məkanını Rusiya hərbi təyyarələri üçün bağlayıb. Nəticədə, Ermənistandan Rusiyaya hərbi yük daşıyan Rusiya hərbi təyyarələri Rostov-na-Dona yollanarkən İran və Xəzər dənizi üzərindən uçmağa məcbur olublar”, - deyə "Twitter" paylaşımlarından birində qeyd olunub.

Hələlik Azərbaycan və Rusiya rəsmi nümayəndələrindən bu barədə açıqlama yoxdur. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33